Müasir təbabətdə həkimlərin əlində çoxlu müalicə vasitələri olmasına baxmayaraq, ən ağır vəziyyətlərdə xəstələrin həyatlarının xilas edilməsi üçün əvəzsiz rol oynayan canlı dərman donor qanıdır. Müxtəlif travma və yaralanmalar, mürəkkəb cərrahi əməliyyatlar və doğuşlar zamanı qan itirmələrdə, xroniki qan azlığında, qanın irsi və qazanılmış xəstəliklərində, onkoloji xəstəliklərdə, daxili orqanların (ürək, böyrək, mədə-bağırsaq, qara ciyər və s.) müxtəlif xəstəliklərində qandan və ya qandan hazırlanmış preparatlardan geniş istifadə olunur. Qandan belə geniş istifadə edilməsi ona olan tələbatı da artırır. Bununla əlaqədar olan məsələlərin həllində qan donorluğunun, xüsusən təmənnasız donorluğun böyük əhəmiyyəti vardır. Xalqımızın donorluğa \östərdiyi rəğbət, insanpərvərlik, xeyirxahlıq və humanizmi, həmrəyliyi bu işin təşkilinə böyük kömək edir.
Yerli komitələrin inkişafı
Azərbaycan Qızıl Aypara Cəmiyyətin yerli komiətələrin imkanlarırın gücləndirilməsi vasitəsi ilə icmalarda daha effektiv, keyfiyyətli və yerli ehtiyaclara cəvab verən xidmətlərin göstərilməsi. Tarix:
Azərbaycan Qızıl Aypara Cəmiyyəti 2003-ci ildə Niderland Dövlətinin/Niderland Qızıl Xaçının dəstəyi ilə ilkin olaraq icmalarda inkişaf layihəsi həyata keçirililməsinə başlamışdır.
Proqramın fəaliyyət istiqamətləri.
Layihənin fəaliyyət istiqamətləri.
Layihənin əsas məqsədi seçilmiş icmaların struktur və iş imkanlarını artırmaqla icmalarda yoxsulluğun, səhiyyə, sosial və fövqəladə hallarla bağlı problemlərin qarşısını almaq olmuşdur.
Fövqəladə hallara hazırliq və cavabvermə
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsi 2000-ci ildə təsis edilmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Fəlakətlərin idarəedilməsi sisteminin qurulması vasitəsilə Fövqəladə Hallara hazırlıq və Cavabvermə fəaliyyətlərinin həyata keçirilməsini strateji məqsəd seçmişdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fövqəladə Hallara Hazırlıq və Cavabvermə şöbəsi ölkədə baş verən Fövqəladə Hallar zamanı (təbii və texnogen fəlakətlər, əhalinin yerdəyişməsi, məişət yanğınları və s.r.) zərərçəkmiş insanlara imkanları daxilində tələb olunan ilkin humanitar yardım göstərmək məqsədi daşıyır.
Qızıl Ayparanın yayım fəaliyyəti
FUNDAMENTAL PRİNSİPLƏR
İNSANSEVƏRLİK
NEYTRALLIQ
QƏRƏZSİZLİK
MÜSTƏQİLLİK
KÖNÜLLÜ XİDMƏT
VAHİDLİK
UNİVERSALLIQ
Proqramın məqsədi:
İctimaiyyətin müxtəlif təbəqələri və eyni zamanda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin strukturları və könüllüləri arasında, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (BQX/QAH) tarixi və onun tərkib hissələri, yəni Beynəlxalq Qzıl Xaç Komitəsi, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Milli Qızıl Xaç/Qızıl Aypara Cəmiyyətlərinin fəaliyyətləri, BQX/QAH-nın fundamental prinsipləri, Qızıl Xaç və Qızıl Aypara emblemlərindən düzgün istifadə qaydaları haqqında məlumatın yayımlanmasını təşkil etməkdir.
İlk Yardım
Əsas məqsəd:
Əhalininin ekstrimal şəraitlərdə, bədbaxt hadisələrdə və qəfil xəstəliklər zamanı həyatını xilas etmək,ixtisaslı həkim yardımı gələnə qədər zərərçəkmişlərin ağrılarını azaltmaq və ağırlaşmaların qarşısını almaqdan ibarətdir.
Proqramın fəaliyyət istiqamətləri:
1. Fövqəlada hallar zamanı təşkil olunmuş İlk yardım dəstəsi ilə zərərçəklərə yardım etmək.
2. Əhalinin maarifləndirilməsi, zərərçəkmiş insanlara vaxtında və düzgün ilk yardımın həyata keçirilməsini öyrətmək.
Proqram çərçivəsində həyata keçirilən fəaliyyətlər:
Sağlamlıq və qayğı
Son illərin qüclü iqdisadi artımı qeniş şəkildə əhalinin yaşayış standartlarının yaxşılaşdırılmasına yönəldirilmişdir.
Tibbi xidmət təminatı hələ də başlıca olaraq xəstəxanalar və müalicə ocaqlarında həyata keçirilir, ambulator və profilaktik xidmətə isə az fikir verilir. Ozəl tibbi xidmətlər artmışdır, eyni zamanda əhalinin yaşayış standartlarıda aşağı düşmüşdür. Bu amillər, həmçinin insanların xidmətin keyfiyyətinə olan inamlarının azalması, onların hətta çox zəruri hallarda belə, tibbi yardıma imtina etməsinə qətirib çıxarır. Nəticədə, əhalinin sağlamlıq durumu pisləşir.
Son illərdə vərəm , malyariya, cinsi yolla keçən xəstəliklər və HİV/AİDS-in süd vəzi xərçəngi kimi xəstəliklərinin yayılması təhlükəsinə dair narahatlıq artır. Eyni zamanda xroniki natamam qidalanma nəticəsində müxtəlif xəstəliklər yayılmışdır. Respublikada aparılan sosioloji tədqiqatlar əhali arasında bu xəstəliklər haqqında kifayət qədər məlumatların olmadığını aşkar edir.
HIV və AIDS
Terminlər və təriflər
HİV- (Human Immunodeficiency Virus) - İnsanın İmmunçatışmazlığı Virusu. HİV immun (müdafiə) sistemini dağıdan virusdur, nəticədə insan orqanizmi ən adi infeksiyalara müqavimət qabiliyyətini itirir.
HİV-infeksiya
HİV-ə yoluxma nəticəsində baş verən və immun sisteminin funksiyalarının pozulması, infeksion xəstəliklərin və/və ya bədxassəli şişlərin inkişafı, həmçinin uzunmüddətli gizli dövrlə səciyyələnən infeksion xəstəlikdir.
AİDS (Acquired Immune Deficiency Syndrome)
Qazanılmış İmmun Çatışmazlığı Sindromu HİV-in təsiri altında immun sisteminin dağılması nəticəsində inkişaf edən ağır infeksion xəstəliklər yığımıdır. AİDS öz strukturuna görə bir xəstəlik deyil, o, HİV-infeksiyanın son mərhələsidir.
Humanitar yardım
Humanitar yardım, Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan QAC Nizamnaməsi ilə müəyyən olumuş əsas fəaliyyət istiqamətlərindən biridir.
Azərbaycan Respublikasının ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsinin və təbii fəlakət zamanı zərər çəkmiş insanların yaranmış sosial problemlərinin həllinə müəyyən köməklik göstərmək, onların ərzaq, qeyri ərzaq mallarına olan tələbatı Cəmiyyətin imkanları daxilində qismən ödəmək və tibbi xidmətə ehtiyacı olanlara təmənnasız tibbi xidmət göstərilməsini təşkil etmək Humanitar yardım işinin əsas tərkib hissəsidir.
Humanitar Dəyərlər
Əsas məqsəd: Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətlərini kütləvi informasiya vasitələrində işıqlandırmaq, habelə, humanitar dəyərlərin əsasları haqqında müvafiq informasiya xarakteri daşıyan materiallar hazırlamaq və eyni zamanda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının hərəkatın başlıca prinsiplərini təbliğ etmək və insan davranışının dözümlüllük, qeyri diskriminasiya, insana hörmət istiqamətində dəyişilməsinə səylər göstərməkdir. Tarix: 1999-cu ildən Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilən �Humanitar dəyərlər� proqramının təbliğatında Cəmiyyətin İnformasiya və Beynəlxalq Əlaqələr şöbəsi mühüm rol oynayır. Proqram Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərkatının tərkib hissəsi olan Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyətləri Federasiyası ilə yaxın əməkdaşlıq şəraitində həyata keçirilir.
Mina fəaliyyətləri
Minalara yox deyək!!! Mina problemlərinin yaranması haqda qısa tarixçə:
1988-1994-cü illər ərzində Azərbaycanın ərazisi olan Dağlıq Qarabağ vilayətində Ermənistan və Azərbaycan Respublikaları arasında baş vermiş hərbi münaqişə nəticəsində cəbhə xətti boyunca yaşayan yerli icmalar mütəmadi olaraq müharibə nəticəsində yaşayış yerlərini dəyişdiklərinə görə bəzən minalanmış ərazilərdə məskunlaşmalı olur və bundan da əziyyət çəkirdilər. Hazırda da bu kimi problemlər qalmaqdadır. Belə ki, keçmiş müharibə aparılmış ərazilərdə bu gün də icmalar məskunlaşaraq öz təsərrüfatını yenidən qurmaq məqsədilə fəaliyyətlərə başlayırlar. Bunun nəticəsində isə onlar bu ərazilərdə atılıb qalmış mina və müharibənin partlayıcı qalıqları (MPQ) ilə üzləşərək öz həyatlarını təhlükə altına atırlar. Uşaqlar üçün isə bir vaxtlar oynamaq üçün tam təhlükəsiz sayılan ərazilər hazırda həddən artıq böyük təhlükə yaradır.
Təşkilatı inkişaf
Məqsəd
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rayon komitələrində təcrübəli kadrlarının bazasının gücləndirilməsi, yeni üzvlərin cəlb olunması və ilk təşkilatların yaradılması. Fəaliyyətlər
Sizin nəzərinizə çatdıram ki, Təşkilat idarəsi 2006-cı ildə öz fəaliyyət planına uyğun olaraq işi qurmuşdur. 2006-cı ilin fevral ayının 23-24 Təşkilat idarəsinin tərəfindən fəaliyyət planı uyğun olaraq QAC Sabirabad Regional mərkəzinə daxil olan 12 yerli komitə sədrlərinin və 12 nəfər mühasiblərin iştirakı ilə 2 günlük seminar keçirilmişdir. Ümumi seminarda 26 nəfər iştirak etmişdir. Seminarda QAC-nin yeni Nizamnaməsinin tələblərinə uyğun fəaliyyətini qurulması, yeni ilk təşkilatların yaradılması yerli komitələrin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında, və s. məsələrə ətrafında mühazirələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Axtarış xidməti
Əsas məqsədlər:
Bir-birindən ayrı düşmüş ailə üzvlərinin əzab və iztirablarının azaltmaq, psixoloji köməklik göstərmək, fövqəladə hallar zamanı və ondan sonra əldə edilən lazımi məlumatları ailə üzvləri arasında yaymaq, həmçinin axtarmaq və bir-birinə qovuşdurmaq məqsədi daşıyır. Tarix
Axtarış Xidmətinin yaradılması zərurəti 1859-cu ildə İtaliya və Fransa arasında Solferino kəndində gedən döyüşün şahidi İsveçrə biznesmeni Anri Dünan olur. Kastilyon kəndinin kilsəsində Anri Dünan qospital yaradır və yaralıların ailəririnə məktub yazmağa köməklik göstərir. Məktublar yığılır və ailələrə çatdırılırdı. Həlak və itgin düşənlərin siyahıları hazırlanır və müvafiq yerlərlə yayılırdı. Həmçinin, o həlak olanların dəfn olduğu yerləri barədə ailə üzvlərinə məlumat vermişdir. Yuxarıda göstərilənlər, Axtarış Xidmətinin yaradılması üçün zəruriyyət daşıyırdı və Anri Dünan tərəfindən yaradılan Beynəlxalq Qızıl Xaç Komitəsinin 4 Cenevrə Sazişi və onlara əlavə olaraq iki əlavə protokolunda öz əksini tapmışdır.
Azərbaycan Respublikasının prezidenti, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü İLHAM ƏLİYEVİN XXII Baş Məclisinə məktubu
ətraflı
AZN
Azərbaycan Beynəlxalq Banki /Sahil filiali
Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33308019449748533210
ABS Dolları
Azərbaycan Beynəlxalq Bankı /Sahil filiali
Kodu: 805595 Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33318018409748533210
Qrip Pandemiyası
Content on this page requires a newer version of Adobe Flash Player.
İlk Yardım
Content on this page requires a newer version of Adobe Flash Player.
Qan donorluğu
Content on this page requires a newer version of Adobe Flash Player.