donation
donation
donation
donation


Azərbaycan Qızıl Aypara Cəmiyyəti Silahlara Qarşı Mübarizə
proqramının illik fəaliyyətlərə dair yekun hesabat görüşü


Azərbaycan Qızıl Aypara Cəmiyyəti Silahlara Qarşı Mübarizə proqramının illik fəaliyyətlərə dair yekun hesabat görüşü2009-cu il dekabr ayının 08-11-də Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən           “Aqua Park” istirahət mərkəzində ənənəyə sadiq qalaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara və ya Milli Cəmiyyət) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) birgə olaraq Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatının Azərbaycanda “Silahlara  Qarşı Mübarizə” istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yekununa dair görüş keçirmişlər.
Görüşdə Qızıl Ayparanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayon bölmələrinin sədrləri, Milli Cəmiyyətin İcraçı Katibi Bəylər Talıbov, İcraçı Katibin müavini Şaban Şayev, Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi Bayram Vəliyev, BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin Müdafiə proqramının rəhbəri Katja Gysin, BQXK-nin Qızıl Aypara ilə əməkdaşlıq şöbəsinin rəhbəri Rasim Allazov, ANAMA-nın (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik) Minalar Üzrə Maarifləndirmə şöbəsinin meneceri Musa Cəlalov, həmin şöbənin məsul əməkdaşı Vaqif Sadıqov iştirak edirdi.
Görüşün məqsədi 2009-cu il ərzində Qızıl Aypara tərəfindən silahlara qarşı mübarizə proqramı çərçivəsində Respublikanın qərb bölgəsində həyata keçirilən fəaliyyətlərin yekununa dair hesabatın iştirakçılara təqdimatı, onun müzakirəsi və gələcək fəaliyyətlərin planlaşdırılması, ANAMA mütəxəssisləri tərəfindən Milli Cəmiyyətin rayon bölmə sədrlərinə İMSMA (mina hadisələri və qurbanları haqda məlumatın toplanmasına dair xüsusi blank formaları) blankların doldurulması üzrə təqdimat vasitəsilə məşğələlərin keçirilməsi idi.
Görüşün ilk günündə baş tutan rəsmi açılış mərasimində çıxış edən Qızıl Ayparanın İcraçı Katibi Bəylər Talıbov bu kimi ənənəvi yekun görüşünün keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirdi. O qeyd etdi ki, belə görüşlər görülmüş işlərin təhlili və gələcək planların birgə hazırlanması üçün çox səmərəlidir. Bəylər Talıbov son illərdə bu proqramı Qızıl Ayparanın İcraçı Katibi kimi özünün və Milli Cəmiyyətin Azərbaycan Qızıl Aypara Cəmiyyəti Silahlara Qarşı Mübarizə proqramının illik fəaliyyətlərə dair yekun hesabat görüşüPrezidenti, Millət Vəkili cənab Novruz Aslanovun şəxsən yüksək qiymətləndirdiyi prioritet proqram kimi hesab etdiklərini iştirakçılara bəyan etdi. O vurğuladı ki, Milli Cəmiyyətin Ali Rəhbərliyi kimi cənab Novruz Aslanov və Katibliyin rəhbəri kimi özü dəfələrlə bu proqram çərçivəsində cəbhə bölgəsində yerləşən icmalarda həyata keçirilən “Təhlükəsiz Oyun Meydançaları” layihəsinin açılış mərasimlərində iştirak etmişdir. Natiq Qızıl Ayparanın Silahlara Qarşı Mübarizə proqramının Milli Cəhəmiyyət üçün əhəmiyyətli hesab edilərək bu ilin noyabrında Keniyanın Nayrobi şəhərində keçirilmiş Beynəlxalq Qızıl Xaç \ Qızıl Aypara Hərəkatının Nümayəndələr Şurasının görüşündə də Qızıl Ayparanın nümayəndə heyəti tərəfindən Azərbaycanın minalar, partlamamış hərbi sürsatlar (PHS) kimi böyük probleminin mövcudluğu və Milli Cəmiyyətin BQXK, ANAMA, AzCBL və s. təşkilatlarla birgə bu problemlərin qarşısının alınması üzrə geniş çıxış edildiyini də iştirakçılara bildirdi. Sonra çıxış alan BQXK rəsmisi xanım Katya Gysin də Milli Cəmiyyətin Azərbaycanda bu istiqamətdə həyata keçirdiyi bütün fəaliyyətləri Hərəkatın Beynəlxalq qurumu kimi dəstəklədiyini bildirdi. O qeyd etdi ki, Keniyanın Nyrobo şəhərində keçirilən görüşdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı növbəti 10 illik müddətə özünün Silahlara Qarşı Mübarizə üzrə Strategiyasının qəbul olunmuşdur. O görüş iştirakçılarına uğurlar arzuladı. Görüşün rəsmi açılış mərasimində söz alan ANAMA nümayəndəsi Musa Cəlalov da iştirakçılara bildirdi ki, minaların zərərçizləşdirilməsi üzrə rəsmi dövlət qurumu olan ANAMA da Qızıl Aypara ilə artıq bir neçə ildir ki həyatakeçirilən birgə əməkdaşlıqdan çox razıdır. O qeyd etdi ki, bu gün bu sahədə Qızıl Aypara həqiqətən də öz mandatına uyğun olaraq dövlətə yardımçı təşkilat kimi fəaliyyət göstərməkdədir.
Rəsmi hissədən sonra ANAMA nümayəndəsi Musa Cəlalov iştirakçılara agentliklərinin Minalar və PHS üzrə Maarifləndirmə sahəsində həyata keçirdikləri fəaliyyətlər və bu sahədə əldə olunan nailiyyətlərlə bağlı geniş təqdimat təqdim etdi. Sonra ANAMA-nın məsul əməkdaşı Vaqif Sadıqov söz alaraq Qızıl Aypara və ANAMA arasında 2007-ci ildən bəri mövcud olan “Mina Hadisələri və Mina Qurbanları haqda Məlumatların Toplanması” üzrə rəsmi Anlaşma Memorandumuna dair həyata keçirilən fəaliyyətləri müsbət qiymətləndirdi. O iştirakçılara məlumatların toplanması üzrə mövcud olan  İMSMA blankların ANAMA tərəfindən yenidən işlənərək hazırlanan yeni formasını təqdim etdi. ANAMA nümayəndəsi yeni formanın doldurulmasını müxtəlif situasiyalar verməklə iştirakçılara məşğələlər formasında tam geniş izahat verdi.
Görüşün 2-ci günü Qızıl Ayparanın Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi Bayram Vəliyev 2009-cu ilin fəaliyyətlərinə dair hazırlanmış hesabatı iştirakçılara təqdimat şəklində təqdim etdi. O bildirdi ki, 2009-cu ildə BQXK bu proqrama yalnız müəyyən inzibati xərclərə dəstək verir. O bu sahədə 2009-cu il ərzində həyata keçirilən layihələrin 100 % olaraq   Milli Cəmiyyət və tərəfdaş donorlar tərəfindən həyata keçirildiyini bildirdi. Belə ki, 2009-cu il ərzində mina risklərinin azaldılması strategiyası çərçivəsində həyata keçirilən “Təhlükəsiz Oyun Meydançası” layihəsinin (2-si Tərtərdə, 1-i Ağdamda) 3-nü HOMS humanitar təşkilatı ilə, 1-ni Norveç Krallığının Azərbaycandakı səfirliyi ilə (Ağstafada) reallaşdırmışdır. 2009-cu ilin sentyabr ayından  Milli Cəmiyyət bu layihə üzrə Almaniya Qızıl Xaçı ilə 7 kənd üzrə əməkdaşlığa başlamışdır. (Qazax, Tovuz, Gədəbəy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarında) Layihələr 2010-cu ilin may ayında istifadəyə veriləcəkdir. Bundan əlavə 2009-cu ilin noyabr ayından Qızıl Aypara eyni layihə üzrə (Qazaxın 1 icmasında) Trans Global LTD şirkəti ilə anlaşmışdır ki, bu layihə də 2010-cu ilin yanvar ayında yekunlaşacaqdır. Qeyd etməliyik ki, bu layihə 2005-ci ildən Qızıl Aypara tərəfindən müxtəlif donor tərəfdaşlarla həyata keçirilir. Hazırda ümumilikdə Respublikanın cəbhə xəttinə yaxın, mina və PHS riskləri yüksək sayılan 46 icmasında uşaqlar üçün “Təhlükəsiz Oyun Meydançaları” layihəsi inşa edilərək uşaqların istifadəsinə verilmişdir. Bayram Vəliyev hesabatında 2009-cu ildən başlayaraq mina qurbanlarına yardım strategiyası çərçivəsində hazırlanmış yeni bir layihənin də həyata keçirilməsinə start verildiyini qeyd etmişdir. 2009-cu ildə “Mina\PHS Partlayışı nəticəsində Ailə Başçısını İtirmiş Ailələrə Sosial Dayaq” layihəsi də Qızıl Aypara tərəfindən həyata keçirilir. Belə ki, layihə çərçivəsində pilot olaraq Tərtər, Qazax, Ağstafa və Tovuz rayonlarında ailələrin sosial durumunun qiymətləndirilməsi prosesi bitmişdir. Rayonlardan bu kateqoriyadan olan ailələr qeydə alınmışdır. Hazırda layihələr hazırlanaraq donorlara təqdim edilir. Tovuz rayonunda bu kateqoriyadan olan, yəni sosial durumu çox aşağı səviyyədə olan cəmi 1 ailə olduğuna görə (layihə büdcəsi böyük olmadığı üçün) Qızıl Aypara 2009-cu ilin iyul ayında ABŞ-nın səfiri xanım Anne Dersenin dəstəyi ilə bu ailənin sosial durumunun yaxşılaşdırılması üçün ailəyə 1 baş iri buynuzlu heyvan və bu heyvan üçün 1 illik yem təqdim etmişdir.    
Görüş iştirakçıları Qızıl Ayparanın Silahlara Qarşı Mübarizə proqramı çərçivəsində 2009-cu ildə həyata keçirilən layihələri və fəaliyyətləri yüksək qiymətləndirdilər. Qərara alındı ki, hələ də bəzi mina\PHS riskli kəndlər mövcud olduğundan uşaqlar üçün nəzərdə tutulan, mina risklərinin azaldılması strategiyası çərçivəsində olan “Təhlükəsiz Oyun Azərbaycan Qızıl Aypara Cəmiyyəti Silahlara Qarşı Mübarizə proqramının illik fəaliyyətlərə dair yekun hesabat görüşüMeydançaları” layihəsi davam etdirilsin. Mina qurbanlarına yardım strategiyası çərçivəsində həyata keçirilən “Mina\PHS Partlayışı nəticəsində Ailə Başçısını İtirmiş Ailələrə Sosial Dayaq” layihəsi üzrə donorlarla daha sıx əməkdaşlıq edilməsi məqsədə uyğun hesab edildi. ANAMA ilə “Mina Hadisələri və Mina Qurbanları haqda Məlumatların Toplanması”-na dair birgə həyata keçirilən fəaliyyətlərin növbəti 2010-cu ildə də davam etdirilməsi nəzərə alındı.
Görüşün 3-cü günü BQXK təmsilçisi Rasim Allazov iştirakçılara BQXK-nin Qızıl Ayparanın Silahlara Qarşı Mübarizə proqramı üzrə növbəti illərdə reallaşdıra biləcəyi fəaliyyətlərdən söhbət açdı. O müxtəlif təqdimatlar vasitəsilə iştirakçılara bildirdi ki, bu gün Qızıl Ayparanın bu proqram üzrə həyata keçirdiyi layihələr və fəaliyyətlər BQXK üçün məqbul hesab edilir. Çünki BQXK Qızıl Ayparaya bu sahədə yardımçı rolunu oynamalıdır. O iştirakçılara müharibələr və ya müəyyən təhlükəli hadisələr zamanı təhlükəsiz qızıl xaç\qızıl aypara əməkdaşları üçün təhlükəsiz davranma və hətrəkət üzrə təqdimat da təqdim etdi.
3 günlük nəzərdə tutulan görüş uğurlu və səmərəli sona yetdi.
Bayram Vəliyev
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin
Gənclər Komitəsinin sədr müavini,
Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi

Oxunub: 1100