donation
donation
donation
donation


Amerika Birləşmiş Ştatlarına rəsmi səfər


Amerika Qızıl Xaçının dəvəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nümayəndə heyəti iyun ayının 4-dən 6-na kimi Amerikanın paytaxtı Vaşinqton şəhərinə rəsmi səfər etdi. Nümayəndə heyətinə Azərbaycan QAC-nin Prezidenti Novruz Aslanov, İcraçı Katib Bəylər Talıbov və Gənclər Komitəsinin sədri Şaban Şayev daxil idi.

Səfərin əsas məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının strategiyası və missiyası çərçivəsində Amerika Qızıl Xaçı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında gələcəkdə əməkdaşlıq sahələrini öyrənmək və inkişaf etdirmək daxil idi.

Səfərdə məqsəd həmçinin Amerika Qızıl Xaçı tərəfindən həyata keçirilən fəaliyyətlərə dair məlumat toplamaq və qarşılıqlı təcrübə mübadiləsi etmək idi. Bu məqsədlə müvafiq işçi heyəti ilə məsləhətləşmələr diskussiyalar aparmaq və görüşlər həyata keçirmək planlaşdırılmışdı. Gələcək əməkdaşlığın qurulması istiqamətində ilk addamlar atılması da səfərin məqsədinə daxil idi.

İyun ayının 5-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyətini Amerika Qızıl Xaçının Baş Qərargahında Vitse-prezidentlər cənab David Meltzer və xanım Kerri Santos rəsmi qəbul etdilər. Bunun ardınca Amerika Qızıl Xaçının Beynəlxalq Xidmətlərin Avropa, Asiya və Sakit okean üzrə direktoru cənab Mark Preslan ilə görüş həyata keçirildi.

Daha sonra Amerika Qızıl Xaçı Baş Qərargahında Cəmiyyətin Fövqəladə Hallara cavabvermə Mərkəzi ilə tanışlıq oldu. Mərkəzdə olan texniki avadanlıqlar, peyk sistemi, onların necə işləməsi, xilasetmə avtomobillər, fəaliyyətlərin və əhaliyə göstərilən xidmətlərin növləri haqqında maraqlı, geniş prezentasiya, və müxtəlif fikir mubadiləsi olundu. Azərbaycan QAC-nin Prezidenti Mərkəzin əməkdaşları ilə səmimi söhbət edərək gələcək əməkdaşlığa dair özünün bəzi fikirlərini bölüşdü və onlarla sual cavab etdi.

Nahardan sonra Azərbaycan QAC Nümayəndə Heyəti Amerika Qızıl Xaç Cəmiyyətinin bir sıra əməkdaşları ilə ikitərəfli görüşlər həyata keçirdi. Bunlardan Sağlamlıq və Təhlükəsizlik üzrə Vitse-Prezident Skot Konner, Əməliyyatlar üzrə İdarə rəis Kevin Braun, Müştəri xidmətdəri üzrə direktor Qreq Orion, Beynəlxalq Humanitar Hüququn Yayımı üzrə əməkdaş Kit Hop, Beynəlxalq Humanitar Hüququn Yayımı və Regionlara Dəstək üzrə əməkdaş - xanım Fibian Koul ilə görüşləri qeyd etmək lazımdır. Görüşlər zamanı çox maraqlı və məzmunlu prezentasiyalar təqdim olundu. Hər şeydən əvvəl prezentasiyalar ona görə maraqlı idi ki, bu cür fəaliyyətləri Azərbaycan QAC də həyata keçirir və bu səbəbdən çıxışlar zamanı çoxlu yeni fikirlər səsləndirildi.

Səfər ərzində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nümayəndə Heyətini İsrailin Maqen David Adom Milli Cəmiyyətin İcraiyyə Komitəsinin üzvü cənab Əmir Liberti və Yossi Aves müşayət edirdilər. Ümumilikdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nümayəndə Heyətinin bu səfəri Amerika və Azərbaycanın Milli Cəmiyyətləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində ilk addım idi.

Xüsusi ilə qeyd olumalıdır ki, bu səfər zamanı Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyi, Fövqəladə və Səlahiyyətli səfir cənab Yaşar Əliyev başda olmaqla, səfirliyin bütün əməkdaşları yüksək səviyyədə köməklik göstərmişlər.

Oxunub: 1156