donation
donation
donation
donation


AİDS-ə Yox Deyək!


Tarix boyu bəşəriyyət müxtəlif  öldürücü yoluxucu xəstəliklərin hədəfinə çevrilib və müxtəlif fəsadlar yaradıb. Müasir dünyamızda qədimlər öldürücü olan bir çox yoluxucu xəstəliklər olduqca asanlıqla müalicə olunur. Amma indi də bəşəriyyəti təhdid edən bir xəstələik varki bu da HİV virusunun yaratdığı AİDS xəstəliyidir. Azərbaycan dilində bu xəstəliyin adı QİÇS, yəni Qazanılmış İmunitent Çatışmazlığı Sindromu olsa da butun dunyada AİDS adı ilə tanınır.
Bu qorxulu xəstəliklə mübarizə aparmaq və insanları bu sahədə maarifləndirmək  məqsədilə “1987-ci ildən BMT tərəfindən 1 dekabr “Ümumdünya AİDS-lə mübarizə günü” kimi bütün dünyada qeyd olunur. Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz adət-ənənələrinə və prinsiplərinə sadiq qalaraq hər il                    “HİV və AİDS-lə mübarizə günü” ilə əlaqədar müxtəlif tədbirlər keçirir.
 AzQAC 30 noyabr ayının 30-da tarixində Dənizkənarı Milli parkda yerləşən “Roxe Club” –da  “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası” təşkilatı ilə birlikdə “Ümumdünya AİDS-lə mübarizə günü” ilə bağlı maraqlı tədbir keçirdi. Tədbirin keçirilməsində məqsəd əsasən gənclər arasında AİDS-in yayılmasının qarşısını almaq üçün maarifləndirmə işlərinin genişləndirilməsi və gənclərin öz asudə vaxtlarını daha səmərəli və təhlükəsiz formada keçirmələri barədə məlumatlandırılmaları idi.
Tədbiri giriş sozü ilə AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə açdı. O,    AİDS-in  son illər ərzində geniş yayılmasına və əsasən gənclərin bü xəstəliyin qurbanlarına çevrilməsinə işarə edərək AzQAC-ın daim bu sahədə maarifləndirmə işlərini apardığını, AİDS və HİV-lə mübarizə sahəsində müxtəlif proqramlar və layihələr həyata keçirdiyini vurğuladı. Qafar Əsgərzadə həmçinin, HİV virusuna yoluxmuş insanların cəmiyyətdən təcrid olunmalarını, diskriminasiyaya məruz qalmalarını pisləyərək AİDS daşıyıcılarına diqqətin daha da gücləndirilməsi və onların özlərini xəstə kimi hiss etməmələri üçün müxtəlif addımların atılması zəruriliyini qeyd etdi.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Bakı nümayəndəliyinin başçısı Səbinə-Nur Məhbubi-İran AİDS-ın müasir dünyamızın ən böyük problemlərindən biri kimi adlandıraraq bu xəstəliyin qarşısının alınması üçün hamının səfərbər olmasının vacibliyini vurguladı.
Tədbirdə iştirak edən “Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası-AQAT” təşkilatının prezidenti Gülsel Səfərova AzQAC-ın bütün humanitar sahələrdə, o cümlədən,  AİDS-lə mübarizə sahəsində atdığı addımları yüksək qiymətləndirərək rəhbərlik etdiyi AQAT təşkilatının da bu öldürücü xəstəliklə mübarizə aparacağını bildirdi.
Ümumdünya HİV və AİDS-lə mübarizə gününə həsr olunmuş tədbirdə Azərbaycanın bir sıra təşkilatlarının nümayəndələri, AzQAC-ın könüllüləri, eləcə də Polşa və Gürcüstandan olan qonaqlar iştirak edirdilər.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra  əyləncəli məclis başladı və Azərbaycan estradasının tanınmış müğənniləri Ədalət Şükürov, Xəyyam Nisanov,            “N-brothers” qrupu və Show aləminin digər nümayəndələri iştirakçılara unudulmaz əyləncəli anlar bəxş etdilər.

Ümumiyyətlə gənclər bizim gələcəyimizdir və gələcəyimiz olan gəncləri AİDS kimi xəstəliklərdən, narkomaniyadan və digər arzuolunmaz vərdişlərdən qorumaq, onları sağlam həyat tərzi sahəsində maarifləndirmək hər birimizin borcudur.

Oxunub: 934