Könüllü verilən qan təhlükəsizdir
Sağlam donor qanına həmişə ehtiyaj var. Ümumdünya Səhiyyə təşkilatı daim 100 % könüllü qan donorluğunun vacibliyini, konüllü surətdə verilmiş qanın təhlükəsiz olması məsələsinin vacibliyini vurğulayır və ölkələri bu sahənin inkişafında fəal iştirak etməyə çağırır.
2008 il yanvar ayının 12-dən-18-dək Misirin paytaxtı Qahirə şəhərində 11-ci Beynəlxalq Könüllü və Təmənnasız Qan Donorlarının cəlb edilməsi adlı Kollokvium keçirilmişdir. Kollokvium Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Misir Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunmuşdur. Kollokviumda əksəriyyətini şərq ölkələri təşkil edən 63 ölkənin 250 nümayəndəsi (Qan donorluq Proqramlarının koordinatorları və Qan Banklarının nümayəndələri) iştirak etmişdilər.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Sağlamlıq və qayğı şöbəsinin müdiri Mətanət Qaraxanova bu kollokviumda Milli Cəmiyyəti təmsil etmişdir.
Kollokviumun açılışı Misir Qızıl Aypara Cəmiyyətinin gərargahında təşkil olunmuşdur. Misir Qızıl Aypara Jəmiyyətinin prezidenti, ölkənin birinci xanımı Suzanna Mübarək mərasimdə çıxış etmiş, qonaqları salamlayıb kollokviumun işinə müvəffəqiyyətlər arzulamışdır. Eyni zamanda mərasimdə Misir ölkəsinin Səhiyyə Naziri, Ümumdünya Səhiyyə Təşkilatının Şərq Regionunun rəhbəri çıxış edib, kollokviumun maraqlı və faydalı olmasına ümidvar olduqlarını bildirmişdilər.
Beynəlxalq Qızıl Xaç/Qızıl Aypara Jəmiyyətləri Federasiyasının Sağlamlıq və qayğı departamentinin rəhbəri cəmiyyətlər tərəfindən aparılan könüllü qan donorluğunun inkişafında, könüllü qan donorlarının cəlb olunaraq həvəsləndirilməsində, 2005-ji ildə Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Qızıl Xaç/Qızıl Aypara Cəmiyyətləri Federasiyası arasında imzalanmış əməkdaşlıq memorandumundan faydalı istifadə edilməsi sahəsində öz tövsiyələrini bildirmişdir.
Kollokviumun əsas məqsədi dünyada 100% könüllü qan donorlarının cəlb olunmasından ibarətdir. Kollokviumda müxtəlif Milli cəmiyyətlərini nümayəndələri qan donorluğu sahəsində aparılan fəaliyyətlər barəsində prezentasiyalar təqdim etmiş, qruplarda üçün nəzərdə tutulmuş müxtəlif səpkidə müzakirələrdə iştirak etmiş və gələcək planlarından məlumat vermişlər. Buna, Çin Qızıl Xaç Cəmiyyəti tərəfindən 2008-ci ilin Olimpiya Oyunlarında qan donorluğunun təbliğatının aparılması işlərinin nəzərdə tutulmasını misal çəkmək olar.
Müxtəlif Ölkələr tərəfindən aparılan "könüllü qan donorlarının cəlb edilməsi" kimi ikitərəfli proqramlar barəsində də hesabatlar təqdim olunmuşdur. Norveç Qızıl Xaç Cəmiyyətinin dəstəyi ilə 2004-2007-ci illər ərzində aparılan "könüllü qan donorluğunun inkişafı" adlı layihənin hesabatını Azərbaycan Qızıl Aypara Cəmiyyətini təmsil etmiş M.Qaraxanova təqdim etmişdir. Eyni zamanda bu Kollokviumda Azərbayjan Qızıl Aypara Cəmiyyəti tərəfindən aparılan Qan Donorluğu proqramının həyata keçirilməsində tərəfdaşımız olan Norveç Qızıl Xaç Cəmiyyətinin Qan donorluğu proqramının Koordinatoru Tor Ole Berqan ilə görüş keçirilmişdir. Göruşdə AzQAC tərəfindən aparılan Qan Donorluğu proqramının gələcək fəaliyyəti barədə söhbətlər aparılmışdır.
Milli Cəmiyyətlərin Sağlamlıq və Gənclər şöbələrinin birgə Klub-25 fəaliyyətləri barədə daha çox məlumatlar verilmişdir. Bu gün bir çox Milli Cəmiyyətlərdə (Çin, Çili, Avstriya, Majarıstan Qızıl Xaç və sairə cəmiyyətlərdə) sağlam həyat tərzinin təbliğatı məhz könüllü qan donorlarından ibarət yeni yaradılmış Klub-25-in vasitəsilə aparılmasına nail olunub və bup proqramın gənclərlə daha geniş şəkildə birgə aparılması məsələsi kollokviumda iştirak edən cəmiyyətlərin sağlamlıq işçilərinə tövsiyyə olunmuşdur.
Bu gün gənc, sağlam, mütəmadi qan verən şəxs sağlam həyat təbliğatına qoşulub və bu işdə məqsəd təkcə donor qanına ehtiyacı olanların ehtiyaclarını ödəmək deyil, eyni zamanda ölkənin donor qan ehtiyatlarının zənginləşdirilməsidir. Bu baxımdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti Azərbaycan gənclərini öz sağlamlıqlarını qoruyaraq mütəmadi olaraq könüllü qan donorların sıralarına qoşulmağa eləcə də, ölkədə qan donorluğunun inkişafına yardımçı olmağa çağırır.
Kollokviumda Azərbayjan Qızıl Aypara Cəmiyyətinin nümayəndəsinin iştirak Cəmiyyət tərəfindən aparılan Azərbaycanda Qan Donorluğunun İnkişafı adlı Proqramın fəaliyyətində yeni təklif və tövsiyələrin ortaya çıxmasında öz müsbət rolunu oynayacaqdır.
Oxunub: 1758