Azərbaycan Qızıl Aypara Cəmiyyəti Silahlara Qarşı Mübarizə proqramının illik fəaliyyətlərə dair 2010-cu il üçün yekun hesabat görüşü
2010-cu il dekabr ayının 22-24-də Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən “Aqua Park” istirahət mərkəzində ənənəyə sadiq olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara və ya Milli Cəmiyyət) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) birgə olaraq Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatının Azərbaycanda “Silahlara Qarşı Mübarizə” istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yekununa dair görüş keçirmişlər.
Planlaşdırma, Monitorinq, Qiymətləndirmə və Hesabat üzrə Bişkek görüşü
08-10 2010-cu il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının və Qırğızıstan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərində layihələrin və ümumiyyətlə fəaliyyətlərin planlaşdırılması, monitorinqi, qiymətləndirilməsi və hesabatının hazırlanması üzrə görüş keçirilmişdir. Görüşdə ekspert qismində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa Zonasının əməkdaşları Elias Qanem, İmre Nagi, Ezter Matyeka və Jolt Rieder iştirak edirdilər. İştirakçı qismində isə Qırğızıstan, Tacikistan, Qazaxstan, Turkmənistan, Özbəkistan, Azərbaycan, Ermənistan və Gürcüstan Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin əməkdaşları iştirak edirdilər. Görüşdə Azərbaycan Qızıl Aypara Cəmiyyətini Gənclər Komitəsinin sədr müavini, Silahlara Qarşı Mübarizə Proqramının məsləhətçisi Bayram Vəliyev təmsil edirdi.
Beynəlxalq Qızıl Xaç/ Qızıl Aypara Cəmiyyətləri Federasiyasının İİV/QİCS və Vərəmlə mübarizə Avropa şəbəkəsi (ЕРНА-European Network AIDS) daim Milli Cəmiyyətlərinin inkişafına yönəldilən tədbirləri təşkil edir. Belə tədbirlərdən biri olan 2010 il dekabrın 6-dan 10-dək Fransa ölkəsinin Kliqlental şəhərində Höte Fondun İgamətkahında Şərqi Avropa və Orta Asiya Ölkələrinin Milli Cəmiyyətlərinin nümayyəndələri üçün “2-ci Layihələrinin planlaşdırılması prosesi üzrə təlim kursu”nu qeyd etmək olar.
Sumqayıt, 8 dekabr (AzərTAc). Ümumdünya QİÇS-ə qarşı Mübarizə Gününə və Ümumdünya Könüllülər Gününə həsr edilmiş informasiya kompaniyası çərçivəsində bu gün Sumqayıtda parad-yürüş təşkil edilmişdir. Qızıl Aypara Cəmiyyətinin şəhər təşkilatının təşəbbüsü ilə Sumqayıt gənclər və idman baş idarəsi ilə birlikdə təşkil edilən tədbir “Gənclər QİÇS-ə qarşı!” şüarı altında keçmişdir. Tədbirdə gənclər, idman və İÇV-servis təşkilatlarının nümayəndələri, tələbələr, eləcə də şəhərdəki lisey və məktəblərin şagirdləri iştirak etmişdir.
Dünya QİÇS-lə Mübarizə və Beynəlxalq Könüllülər günlərinə həsr edilmiş tədbir keçirilmişdir
Dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində Dünya QİÇS-lə Mübarizə və Beynəlxalq Könüllülər günlərinə həsr edilmiş tədbir keçirilmişdir. Tədbir Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Mədəniyyət və Turizm Nzirliyinin birgə təşkilatçılığı ilə reallaşmışdır. Mərasimdə cəmiyyətin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Firudin Qurbanov və Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova çıxış edərək hər iki günün əhəmiyyətindən danışmışlar.
AZN
Azərbaycan Beynəlxalq Banki /Sahil filiali
Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33308019449748533210
ABS Dolları
Azərbaycan Beynəlxalq Bankı /Sahil filiali
Kodu: 805595 Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33318018409748533210
Qrip Pandemiyası
Content on this page requires a newer version of Adobe Flash Player.
İlk Yardım
Content on this page requires a newer version of Adobe Flash Player.
Qan donorluğu
Content on this page requires a newer version of Adobe Flash Player.