Azərbaycan Qızıl Aypara Cəmiyyəti Silahlara Qarşı Mübarizə proqramının illik fəaliyyətlərə dair yekun hesabat görüşü
2009-cu il dekabr ayının 08-11-də Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən “Aqua Park” istirahət mərkəzində ənənəyə sadiq qalaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara və ya Milli Cəmiyyət) və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) birgə olaraq Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatının Azərbaycanda “Silahlara Qarşı Mübarizə” istiqamətində həyata keçirdiyi fəaliyyətlərin yekununa dair görüş keçirmişlər. Görüşdə Qızıl Ayparanın Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Göygöl, Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayon bölmələrinin sədrləri, Milli Cəmiyyətin İcraçı Katibi Bəylər Talıbov, İcraçı Katibin müavini Şaban Şayev, Silahlara Qarşı Mübarizə proqramının məsləhətçisi Bayram Vəliyev, BQXK-nin Azərbaycandakı Nümayəndəliyinin Müdafiə proqramının rəhbəri Katja Gysin, BQXK-nin Qızıl Aypara ilə əməkdaşlıq şöbəsinin rəhbəri Rasim Allazov, ANAMA-nın (Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Üzrə Milli Agentlik) Minalar Üzrə Maarifləndirmə şöbəsinin meneceri Musa Cəlalov, həmin şöbənin məsul əməkdaşı Vaqif Sadıqov iştirak edirdi.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIII Baş Məclisi keçirilmişdi.
Dekabrın 8-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin XXIII Baş Məclisi keçirilmişdi. Əvvəlcə iştirakçılar ulu öndərimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra Cəmiyyətin Prezidenti, millət vəkili Novruz Aslan XXII Baş Məclisdən ötən dövr ərzində Cəmiyyətin həyatında baş verən dəyişikliklər barədə ətraflı məlumat verdi.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının Nizamnaməvi Görüşləri
2009-cu il noyabr ayının 18-dən 21-dək Keniyanın paytaxtı Nayrobi şəhərində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (Beynəlxalq Federasiya) XVII Baş Assambleyası, bunun ardından isə 23-25 noyabr 2009-cu il tarixlərində həmin şəhərdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının (Hərəkat) Nümayəndələr Şurasının görüşü keçirilmişdir. Qeyd etməliyik ki, Beynəlxalq Federasiyanın Baş Assambleyası və Hərəkatın Nümayəndələr Şurası iki ildən bir keçirilir və Hərəkat daxilində ən böyük yığıncaq hesab olunur.
Tarixin bütün dönəmlərində bəşəriyyəti lərzəyə salan və bütün dünyada həyacan təbilini çalan öldürücü gücə malik yoluxucu xəstəlik mövcud olub. Hal-hazırda da bəşəriyyəti gərginlik içərisində saxlayan və hələ də müalicəsi mümkün olmayan öldürücü HİV virusu və bu virusun əmələ gətirdiyi AİDS xəstəliyi mövcuddur. Bu xəstəliklə mübarizə və insanları HİV virusunun yayılması sahəsində məlumatlandırmaq məqsədilə hər ilin 1 dekabr günü “Ümumdünya AİDS-lə mübarizə günü” kimi qeyd olunur. Cari ildə “Ümumi dəstək və insan hüquqları” şüarı altında fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı və bu Hərəkatın tərkib hissəsi olan Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər il AİDS-lə mübarizə sahəsində geniş miqyaslı maarifləndirmə işləri apararaq müxtəlif tədbirlər keçirir.
Uşaq evlərindən sonrakı həyatı kimsəsizlik, yaşayış və iş yeri olmaması səbəbindən sual altında olan gələcək hesab etmək olar. Böyük problemlərlə üzləşən kiçik qəlblər. Belə uşaqların bəziləri küçə həyatı yaşamaq məcburiyyətilə üzləşir, bəziləri belə gələcəkdən qorxur, müstəqil həyata atılmaqdan çəkinir. Bir çox hallarda isə belə həyat faciəli sonluqla tamamlanır. Dövlətimiz bu yolda böyük işlər görür və layihələrə imza atır. Azərbayan Qızıl Aypara Cəmiyyəti ölkəmizin ən böyük və dövlət tərəfindən tanınan beynəlxalq humanitar cəmiyyəti olaraq dövlətimizə bu istiqamətdə dəstək naminə “Sənətim-Gələcəyim” layihəsini hazırlamışdır.
AZN
Azərbaycan Beynəlxalq Banki /Sahil filiali
Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33308019449748533210
ABS Dolları
Azərbaycan Beynəlxalq Bankı /Sahil filiali
Kodu: 805595 Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33318018409748533210
Qrip Pandemiyası
Content on this page requires a newer version of Adobe Flash Player.
İlk Yardım
Content on this page requires a newer version of Adobe Flash Player.
Qan donorluğu
Content on this page requires a newer version of Adobe Flash Player.