Florens Naytingel tibb bacıları ixtisası və hospitalların islahatının təşəbüsçüsü kimi məhşurdu. O, öz missiyasını insanlara xidmət və insanları xəstəliklərdən, ölümdən azad etməkdə görürdü. Buna o bütün həyatını həsr etmişdi.
Florens Naytingelın əsas xidməti Britaniya ordusun tibbi xidmətini islahati və tibb bacılarının işini ciddi xidmıtə çevirilməsi idi. Tibbi xidmətlərin əsası Florens Naytingelın XIX əsirdə müharibələrdə iştirakı götürülüb.
Florens Naytingel 12 may 1820-ci ildə İtaliyanın Florensiya şəhərində zəngin ingilis torpaq sahibkarının ailəsinin Avropada uzun çəkən səyahəti zamanı anadan olub. Ailəsi Britaniyanın ali cəmiyyətinə aid idi.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin növbəti xeyirxah addımı
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ölkə səviyyəsində həyata keçirdiyi humanitar yardımlar barədə çox danışmaq olar. Bu xeyirxah addımların atılmasında AzQAC-nin regional mərkəzləri və rayon bölmələrinin özünəməxsus yeri var. AzQAC-nin Bərdə rayon bölməsinin cari ilin aprel ayının 4-də Nazırlı kəndində yerləşən orta məktəbdə yeni Oyun meydançası hazırlaması yuxarıda qeyd etdiyimiz təşəbbüslərin bariz nümunəsidir. Bərdə rayon bölməsi tərəfindən ilk dəfə bu təşəbbüs irəli sürüləndə Nazırlı kənd bələdiyyəsinin sədri Elbrus Məmmədov, kənd sakinləri və məktəbin müəllimləri ilə bir neçə dəfə söhbətlər aparılmış və onlar da öz növbəsində yaxından köməklik göstərəcəklərini bildirmişlər. Müəllimlərdən Elməddin Həsənov, Bəhruz Qasımov, kənd sakinləri Xosrov Zeynalov, Eldar Aslanov, Elçin Məmmədov, kənd ziyalısı Aftandil Fətəliyev və digərləri Oyun meydançasının hazırlanaraq istifadəyə verilməsində həm maddi, həm də mənəvi dəstək göstərmişlər.
2008-ci il mart ayının 1-də Azərbaycan Qızıl Aypara Cəmiyyətində "Xeyriyyə Auksionu" keçirilmişdir. Auksionun keçirilməsində əsas məqsəd Mərdəkanda yerləşən 2 saylı "Uşaq evinnin" balaca sakinləri üçün Novruz şənliyinin təşkil olunması üçün lazımı vəsaitin toplanılması idi.
Ümumiyyətlə "Xeyriyyə Auksionu" adlı layihə iki mərhələdən ibarətdir. Birinci mərhələ auksionun keçirilməsi yolu ilə Novruz şənliyi üçün lazımı maliyyə vəsaitinin toplanılmasından ibarətdir. AzQAC-da keçirilən auksiona 15-ə yaxın qonaq dəvət olunmuşdu və auksiona "8 mart" Qadınlar bayramına aid hədiyyələr çıxarıldı. Qeyd etmək lazımdır ki , "Xeyriyyə auksionu" olduqca uğurlu alındı və Novruz şənliyinin keçirilməsi üçün lazımı vəsait toplanıldı.
Amerika Qızıl Xaçının dəvəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Nümayəndə heyəti iyun ayının 4-dən 6-na kimi Amerikanın paytaxtı Vaşinqton şəhərinə rəsmi səfər etdi. Nümayəndə heyətinə Azərbaycan QAC-nin Prezidenti Novruz Aslanov, İcraçı Katib Bəylər Talıbov və Gənclər Komitəsinin sədri Şaban Şayev daxil idi.
Səfərin əsas məqsədi Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının strategiyası və missiyası çərçivəsində Amerika Qızıl Xaçı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında gələcəkdə əməkdaşlıq sahələrini öyrənmək və inkişaf etdirmək daxil idi.
Sağlam donor qanına həmişə ehtiyaj var. Ümumdünya Səhiyyə təşkilatı daim 100 % könüllü qan donorluğunun vacibliyini, konüllü surətdə verilmiş qanın təhlükəsiz olması məsələsinin vacibliyini vurğulayır və ölkələri bu sahənin inkişafında fəal iştirak etməyə çağırır.
2008 il yanvar ayının 12-dən-18-dək Misirin paytaxtı Qahirə şəhərində 11-ci Beynəlxalq Könüllü və Təmənnasız Qan Donorlarının cəlb edilməsi adlı Kollokvium keçirilmişdir. Kollokvium Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası və Misir Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunmuşdur. Kollokviumda əksəriyyətini şərq ölkələri təşkil edən 63 ölkənin 250 nümayəndəsi (Qan donorluq Proqramlarının koordinatorları və Qan Banklarının nümayəndələri) iştirak etmişdilər.
AZN
Azərbaycan Beynəlxalq Banki /Sahil filiali
Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33308019449748533210
ABS Dolları
Azərbaycan Beynəlxalq Bankı /Sahil filiali
Kodu: 805595 Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33318018409748533210
Qrip Pandemiyası
Content on this page requires a newer version of Adobe Flash Player.
İlk Yardım
Content on this page requires a newer version of Adobe Flash Player.
Qan donorluğu
Content on this page requires a newer version of Adobe Flash Player.