donation
donation
donation
donation


Xəbər Arxivi


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illik yubiley tənətənli şəkildə qeyd olunmuşdur

Təməli hələ 1920–ci il mart ayının 10-da Azərbaycan Demokratik Respublikasının o vaxtkı baş naziri Fətəli Xan Xoyski və müdafiə naziri əvəzi general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü ilə qoyulmuş Azərbaycan Qızıl Aypara Cəmiyyəti artıq 90 ildir ki, fəaliyyət göstərərək ölkəmizin ictimai həyatında yaxında iştirak etməkdədir. Bu münasibətlə Cəmiyyətin bütün şəhər və rayon bölmələrində təntənəli yübiley mərasimləri keçirilmişdir. İlk yubiley tədbiri Sumqayıt şəhər bölməsində keçirilərək təntənəli silsilə mərasimlərinə start verilmişdi. Belə ki Sumqayıt və Mingəçevir şəhər bölmələrindən əlavə İsmayıllı, Xızı, Qazax, Ağdam, Lənkəran, Yasamal, Qobustan, Nərimanov, Abşeron, Suraxanı, Səbail, Nizami, Qaradağ, Ağdaş, Bərdə və s. rayon bölmələrində AzQAC-ın 90 illik yubileyi ilə bağlı  təntənəli mərasimlər keçirilmişdir.  Şəhər və rayonlarda  keçirilmiş təntənəli yubilley mərasimləri həmin şəhər və rayonların Icra Hakimiyyətləri başçılarının dəstəyi ilə baş tutmuşdur.

Nəşr olunub: 2010-04-14 \ Oxunub: 711 \ ətraflı


Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam

AZƏRBAYCAN RESPUBLIKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bir qrup əməkdaşınınTərəqqi medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasında aztəminatlı insanlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki səmərəli fəaliyyətlərinə görə və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 90 illiyi ilə əlaqədar aşağıdakı şəxslər “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Nəşr olunub: 2010-04-14 \ Oxunub: 963 \ ətraflı


N.D.Aslanovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam

AZƏRBAYCAN RESPUBLIKASI PREZİDENTİNİN SƏRƏNCAMI N.D.Aslanovun 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və Qızıl Aypara hərəkatının inkişafında xüsusi xidmətlərinə görə Novruzəli Davud oğlu Aslanov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Nəşr olunub: 2010-04-14 \ Oxunub: 1032 \ ətraflı


“Təhlükəsiz Oyun Meydançası”

15 fevral 2010-cu il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Milli Cəmiyyət və ya AzQAC) özünün ən gözəl humanitar layihələrindən biri sayılan “Təhlükəsiz Oyun Meydançası” layihəsini növbəti dəfə Qazax rayonunun Ermənistanla sərhəddinə yaxın olan Xanlıqlar kəndində təqdim etdi. Qeyd etməliyik ki, bu layihə Milli Cəmiyyət tərəfindən 2005-ci ildən Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) tövsiyyəsi və texniki dəstəyi ilə həyata keçirilməyə başlanmışdır. Layihənin əsas məqsədi Azərbaycanın qərb bölgəsində, yəni Ermənistan respublikası ilə həmsərhəd rayonların kəndlərində və işğal olunmuş Dağlıq Qarabağ və ona yaxın olan digər işğal olunmuş rayonlarla həmsərhəd olan cəbhə bölgəsinə yaxın kəndlərdə uşaqları minalar və müharibənin partlayıcı qalıqları (MPQ) risklərindən qorumaqdır.

Nəşr olunub: 2010-03-03 \ Oxunub: 882 \ ətraflı

Arxivdə olan xəbər sayı - 126