
Bu il Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı üçün əlamətdardır.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti hər il olduğu kimi bu ildə respublikada humanitar sahənin inkişafına, Beynəlxalq Humanitar Hüququn insanlar arasında aşılanmasına, könüllülük siyasətinin daha da genişlənməsinə xüsusi diqqət yetirmişdir. Beynəlxalq Hərəkati respublikada təmsil edən yeganə Milli Cəmiyyət kimi əsas məramımız, Hərəkatın fundamental prinsipləri çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə, məcburi köçkünlərə, bir sözlə insanların qayğıya həssas təbəqəsinə təmənnasız tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada müxtəlif social-tibbi, humanitar və digər layihələri uğurla həyata keçirir. Müxtəlif mövzularda apardığı maarifləndirmə işləri əhalinin sağlamlığının, fəlakətlər zamanı davranış qaydalarının, ilk yardım və digər vərdişlərin mənimsənilməsində əhəmiyyəti rol oynayıb. Icma iştiraklı inkişaf metodunun yerlərdə tətbiqi üzrə həyata keçirilən proqramlar bu ildə davam etdirilmişdir. Bu sahədə insan resurslarının maksimum səfərbər edilməsi, qarşıya çıxan problemlərin həllinə birgə çalışmakarı, yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı işgüzar münasibətlərin qurulması regionlarda humanitar sahənin inkişafının əsasını təşkil edir. more

http://www.familylinks.icrc.org/