5 dekabr "Beynəlxalq Könüllülər günü"ərəfəsində yəni 2008-ci il dekabr ayının 3-ü və 4-də Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) Gənclər Komitəsinin layihəsi əsasında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) maliyyə dəstəyi ilə Ağcabədi, Ağdam və Tər-Tər rayonlarında Gənclər Mərkəzlərini açaraq rayon gənclərinin və AzQAC könüllülərinin istifadəsinə vermişdir.
"Gənclər Mərkəzləri"nin açılmasında əsas məqsəd rayon gənclərinin asudə vaxtlarının səmərəli keçirilməsinin təmin olunması, onların AzQACnin humanitar fəaliyyətlərinə cəlb olunması, könüllü kimi AzQAC sıralarına daxil olunması, kompüter və ingilis dili üzrə biliklərinin artırılması, gənclərin yığışaraq müxtəlif səpkili seminarların, görüşlərin keçirilməsi və s. kimi fəaliyyətlərin təşkil olunması olmuşdur.
Polşa Qızıl Xaç və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlıq
Polşa Qızıl Xaç və Azərbaycan Qızıl Aypara Cəmiyyəti arasında imzalanmış Anlaşma Memorandumuna əsasən 2008-ci ildə Polşa Qızıl Xaçı tərəfindən Azərbaycanın Zaqatala və Ucar rayonlarında həyata keçirilən İcma Əsaslı İlk Yardım layihəsi yekunlaşmaq üzrədir.
Gələcək əməkdaşlıq sahələrinin müəyyən etmək və təcrübə mübadiləsi məqsədilə 2008-ci il Dekabr ayının 5-dən 9-dək Polşa Qızıl Xaçının dəvəti ilə AzQAC icraçı Katibi Bəylər Talıbov və İlk Yardım Koordinatoru Şahin Biləndərli Polşanın Varşava və Lodz şəhərlərində rəsmi səfərdə olmuşlar.
Tarix boyu bəşəriyyət müxtəlif öldürücü yoluxucu xəstəliklərin hədəfinə çevrilib və müxtəlif fəsadlar yaradıb. Müasir dünyamızda qədimlər öldürücü olan bir çox yoluxucu xəstəliklər olduqca asanlıqla müalicə olunur. Amma indi də bəşəriyyəti təhdid edən bir xəstələik varki bu da HİV virusunun yaratdığı AİDS xəstəliyidir. Azərbaycan dilində bu xəstəliyin adı QİÇS, yəni Qazanılmış İmunitent Çatışmazlığı Sindromu olsa da butun dunyada AİDS adı ilə tanınır.
Bu qorxulu xəstəliklə mübarizə aparmaq və insanları bu sahədə maarifləndirmək məqsədilə “1987-ci ildən BMT tərəfindən 1 dekabr “Ümumdünya AİDS-lə mübarizə günü” kimi bütün dünyada qeyd olunur. Azərbaycan Qızıl Aypara Cəmiyyəti öz adət-ənənələrinə və prinsiplərinə sadiq qalaraq hər il “HİV və AİDS-lə mübarizə günü” ilə əlaqədar müxtəlif tədbirlər keçirir.
Minalara Qarşı Mübarizə istiqamətində keçirilən ilin yekun görüşü.
2008-ci il noyabr ayının 11-12-də Bakı şəhəri Novxanı qəsəbəsində yerləşən “Aqua Park” istirahət mərkəzində ənənəvi olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti (Qızıl Aypara və ya Milli Cəmiyyət) və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyi tərəfindən Beynəlxalq Qızıl Xaç / Qızıl Aypara Hərəkatının Azərbaycanda minalara qarşı mübarizə istiqamətində həyata keçirdikləri fəaliyyətlərin yekununa dair birgə təşkil etdikləri görüş baş tutmuşdur.
2008-ci ilin noyabr ayının 10-dan 12-dək, Macarıstanın paytaxtı Budapeşt şəhərində kommunikasiya üzrə treyninq keçirilmişdir. Treyninq Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının, Avropa Zonası tərəfindən təşkil olundu.
Təlimi giriş sözü ilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası Avropa Zonasının başçısı xanım Anitta Underlin açdı.
Təlimlər zamanı Federasiyanın yeni təşkilati iş modeli, informasiya siyasəti, PR kompaniyaların keçirilməsi, İnformasiya, əlaqələr və vəkillilik üzrə strategiya və digər prezentasiyalar numayiş olundu.
AZN
Azərbaycan Beynəlxalq Banki /Sahil filiali
Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33308019449748533210
ABS Dolları
Azərbaycan Beynəlxalq Bankı /Sahil filiali
Kodu: 805595 Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33318018409748533210
Qrip Pandemiyası
Content on this page requires a newer version of Adobe Flash Player.
İlk Yardım
Content on this page requires a newer version of Adobe Flash Player.
Qan donorluğu
Content on this page requires a newer version of Adobe Flash Player.