“Allah səndən razı olsun”, “Kəsdiyin qurbanı Allah qəbul etsin”, “Var olasan oğlum” bu kimi xoş sözləri Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) Nizami rayon bölməsinin qeydiyyatında olan tənha və baxımsız qocalar, onlar üçün təşkil olunan tədbir zamanı “Hilal Qrup” şirkətinin prezidenti Elgün Hilaliyə minnətdarlıq əlaməti olaraq bildirmişdir. Tədbir mayın 4-də AzQAC-ın Fandreyzinq şöbəsinin və Nizami rayon bölməsinin təşkilatçılığı ilə, rayon bölməsinin inzibati binasında keçirilmişdir. Tədbirin əsas məqsədi sözü gedən rayon bölməsinin qeydiyyatında olan, tənha və baxımsız qocalara ət yardımından ibarət bağlamaları təqdim etmək olmuşdur. Tədbir zamanı 32 baxımsız qoca arasında 35 kq, qoyun əti paylanmışdır.
Ümumilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümüdür
10 may ümumilli lider Heydər Əlirza oğlu Əliyevin doğum günüdür. Dahi siyasətçi 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. Böyük şəxsiyyət Azərbaycanın ən çətin və mürəkkəb dövrlərində hakimiyyətə gələrək dövlətini xilas edib.Heydər Əliyev öz əməlləri, fəaliyyəti, xalqımıza, dövlətimizə bəxş etdiyi azadlıqlarla əsil xilaskarlıq örnəyi nümayiş etdirib. O daim Azərbayca Qızıl Aypara Cəmiyyətinə xüsusi diqqət və qayğı göstərib, onun fəaliyyətini dəstəkləyib.
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir gündür. Beynəlxalq Qızıl Xaç Komitəsi , Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası , Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Hərəkatın yaranma gününü qeyd edti. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də hər il olduğu kimi, bu əlamətdar günlə əlaqədar silsilə tədbirlər həyata keçirdi.
8 May “Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Günü”nə həsr olunmuş tədbirlər keçirilir
8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir gündür. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK), Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (Beynəlxalq Federasiya), Milli Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Hərəkatın yaranma gününü qeyd edir. Azərbaycan Qızıl Aypara Cəmiyyəti də hər il olduğu kimi, bu əlamətdar günlə əlaqədar “Gənclər hərəkətdə” şüarı ilə silsilə tədbirlər keçirməyi planlaşdırıb.
Qazaxıstan Qızıl Aypara Cəmiyyətinin prezidenti Bakıda
2012-ci il Аprel ayının 22-də Qazaxıstan Qızıl Aypara Cəmiyyətinin prezidenti Erkebek Arqımbayev Azərbaycan Qızıl Aypara Cəmiyyətində rəsmi görüşlər keçirmək məqsədilə Bakı şəhərinə səfər edib. Onu Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Region üzrə nümayəndəsi Gyula Kadar müşaiyət edib. Aprelin 23-də Erkebek Arqımbayev və Gyula Kadar Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş ofisində Cəmiyyətin prezidenti Novruz Aslanovla görüş keçirib.
AZN
Azərbaycan Beynəlxalq Banki /Sahil filiali
Kodu: 805595
Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33308019449748533210
ABS Dolları
Azərbaycan Beynəlxalq Bankı /Sahil filiali
Kodu: 805595 Müxbir hesab: 0137010002944
S.W.I.F.T. BIK IBAZAZ 2X
Azərbaycan Qizil Aypara Cəmiyyəti
Hesab N 33318018409748533210
Qrip Pandemiyası
Content on this page requires a newer version of Adobe Flash Player.
İlk Yardım
Content on this page requires a newer version of Adobe Flash Player.
Qan donorluğu
Content on this page requires a newer version of Adobe Flash Player.