donation
donation
donation
donation


Xəbərlər


Növbəti İlk yardım təlimi keçrildi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti davamlı olraraq müxtəlif mövzularda humanitar layihələr həyata keçirir. Tibbi sahədə maarifləndirmə işlərinə isə böyük önəm verilir. Belə tədbirlər yeniyetmə və gənclərin maarifləndirilməsi üçün əsasən təhsil ocaqlarında təşkil olunur. Yanvar ayının 24-də Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən qaçqın və məcburi köçkün uşaqların təhsil aldıqları 126 saylı Kəlbəcər tam orta məktəbində belə tədbir keçirilmişdir. AzQAC-ın “Miqrasiya” və “Sağlamlıq və qayğı” söbələri bu kimi silsilə tədbirləri birgə həyata keçrir. Тədbirin məqsədi şagirdlərə İlk yardım vərdişlərinin öyrədilməsindən ibarət idi.

Nəşr olunub: 2012-01-25 \ Oxunub: 50 \ ətraflı


Azərbaycan Qızıl Aypara Cəmiyyəti Təhsil ocaqlarında silsilə tədbirlərini davam etdirir.. 2012-ci ilin iş pılanına əsasən tədbirlərə start verildi.

Humanitar səhədə fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) respublikada Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının yeganə təmsilçisidir. Milli cəmiyyətin fəaliyyət dairəsi çox genişdir. Respublikanın bütün şəhər və rayonlarda Cəmiyyətin yerli bölmələri fəaliyyət göstərir. AzQAC müxtəlif mövzularda humanitar layihələr həyata keçirir. Xüsusən, tibbi sahədə maarifləndirmə işlərinə önəm verilir. Belə layihələr yeniyetmə və gənclərin maarifləndirilməsi üçün əsasən təhsil ocaqlarında tez-tez təşkil olunur.

Nəşr olunub: 2012-01-24 \ Oxunub: 54 \ ətraflı


Mərhəmət sorağında-könüllü xidmət foto şəkillərdə

Biz Azərbaycan xalqın mərhəmətli olduğunun şahidi olub, bu haqda fikir və sözləri tez-tez eşidirik. Amma, cəmiyyətimizdə kimsəsiz uşaqlara, xüsusi qayğıya ehtiyacı olan və ahıl tənha insanlara göstəlirən xidmətlərə baxmayaraq, əhali arasında mərhəmət, insansevərlik və könüllülük prinsiplərini daha geniş təbliq olunmasına böyük ehtiyac duyulur.

Nəşr olunub: 2012-01-24 \ Oxunub: 63 \ ətraflı


“TAG Beynəlxalq İnkişaf” humanitar təşkilatının nümayəndə heyətinin Azərbaycana səfəri

18-22 dekabr 2011-ci il tarixlərində İngiltərə mənşəli “TAG Beynəlxalq İnkişaf” humanitar təşkilatının təşkilatçılığı və məsul rəhbərliyinin iştirakı ilə İsrailin bir neçə yerli və beynəlxalq humanitar təşkilatlarından olan nümayəndələrin Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Nümayəndə heyətinin rəhbəri “TAG Beynəlxalq İnkişaf” təşkilatının baş katibi cənab Metyu Fruhman olmaqla bu təşkilatın İsraildə fəaliyyət göstərən nümayəndəsi xanım Gilah Kan, İsrailin Milli Cəmiyyəti, yəni Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının tərkib hissəsi olan Magen David Adom təşkilatının İngiltərədə fəaliyyət göstərən nümayəndəliyinin rəhbərinin müavini cənab Daniel Burger, İsrailin “Yad Sarah” humanitar təşkilatının informasiya və beynəlxalq əməkdaşlıq üzrə məsul əməkdaşı cənab Meir Handelsman və fərdi ekspert, İsraildə fəal olan “Oynamaq zamanı” hərəkatının məsul nümayəndəsi, qapalı yerlərdən kənar, sahədə uşaqlar, yeniyetmə və gənclərlə liderlik bacarıqlarının qurulması, icmanın təşkil olunması, birlik amilinin təşkil olunması, müxtəlif oyunlar vasitəsilə gənclərdə birliyə, qardaşlığa doğru ruh yüksəkliyinin aşılanması üzrə mütəxəssis cənab Maayan Fux olmuşlar.

Nəşr olunub: 2012-01-08 \ Oxunub: 109 \ ətraflı


1 dekabr “ Ümumdünya AİDS –lə mübarizə günü” 5 Dekabr “Beynəlxalq könüllülər günü” münasibəti ilə tədbir kecirilmişdir.

Dekabrın 2 də Beynəlxalq Muğam Mərkəzində 1 dekabr “Ümumdünya AİDS-lə mübarizə günü ” və 5 Dekabr “Beynəlxalq könüllülər günü” münasibəti ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Resupublika Mədəniyyət və Turizm nazirliyinin birgə təşkilatçılığı ilə tədbir keçirildi.Çox saylı könüllülərin iştirak ilə keçirilən tədbirdə Azərbaycan Qızl Aypara Cəmiyyətinin vitse prezidenti Qafar Əskərzadə çıxış etmisdir.

Nəşr olunub: 2012-01-06 \ Oxunub: 119 \ ətraflı

Saytda olan xəbər sayı - 110